Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı ilə bağlı paylaşım edib.
Hafta.az bildirir ki, o, fikirlərini rəsmi “Twitter” hesabında bölüşüb.
“21 Mart – Beynəlxalq Novruz Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2010-cu il tarixli A/RES/64/253 saylı qətnamə ilə bu bayramı qeyd edən bir neçə ölkənin təşəbbüsü ilə elan edilib. Azərbaycan da bu qətnamənin təşəbbüskarları sırasındadır”.